2024-09-13

Haaqada COP29-la bağlı konfrans baş tutumuşdur.

11 sentyabr tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi və Niderlandın iqlim elçisi Xayme de Börbon de Parmenin birgə təşkilatçılığı ilə bu ölkənin İqlim Siyasəti və Yaşıl İnkişaf Nazirliyində “COP29-da Niderland özəl sektoru üçün prioritetlər və imkanlar” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə Niderlandın bərpaolunan enerji, iqlim, su, nəqliyyat, ərzaq təhlükəsizliyi və və dairəvi iqtisadiyyat sahələrində fəaliyyət göstərən şirkətlər, biznes assosiasiyaları, təqaüd fondları, bank nümayəndələri, habelə bir sıra dövlət qurumlarının (Xarici İşlər, İqlim Siyasəti və Yaşıl İnkişaf, İnfrastruktur və Su İdarəçiliyi, habelə Kənd Təsərrüfatı, Balıqçılıq, Ərzaq Təhlükəsizliyi və Təbiət nazirlikləri) nümayəndələrindən ibarət ümumilikdə 100-ə yaxın nümayəndə iştirak etmişdir. Tədbir iqlim elçisi Xayme de Börbonun moderatorluğu ilə baş tutmuşdur.

Tədbirin giriş hissəsində səfir Rəhman Mustafayev ölkəmizdə mövcud olan əlverişli invesitisiya mühiti, Niderland və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, Niderland şirkətləri üçün fürsət və imkanlara dair geniş təqdimatla çıxış etmişç həmçinin COP29-un prioritetləri, Azərbaycanın təşəbbüsləri və iqlim strategiyası, yaşıl enerjiyə keçidlə bağlı son dövrlər həyata keçirilən layihələr, eləcə də Niderland şirkətləri üçün COP29 çərçivəsində əməkdaşlıq imkanlarına dair ətraflı məlumat vermişdir.

Daha sonra tədbir panel müzakirələr formatında davam etmişdir. Bu hissədə  Niderlandın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında (UNFCCC) nümayəndə heyətinin rəhbəri çıxış edərək, mövcud vəziyyətə dair məlumat vermiş və COP29 sədrliyi tərəfindən aparılan uğurlu fəaliyyəti təqdir etmişdir. Panel müzakirələr zamanı həmçinin digər nümayəndələr təmsil etdikləri təşkilatın fəaliyyəti barədə təqdimatlar etmişdir.

Tədbirin gedişatında ILX Fondu, Sahibkarlığın İnkişafı Bankı (FMO), H2Offshore Engineering B.V və bir sıra digər şirkət nümayəndələri söz alaraq COP29 çərçivəsində əməkdaşlıq imkanlarına dair fikirlər səsləndirmişlər.

Konfransın sonuncu hissəsində Azərbaycan-Niderland ikitərəfli iqtisadi əməkdaşlıq əlaqələri, ölkəmizin COP29 sədrliyi, Niderlandın iqlim siyasətinə dair panelistlərə suallar ünvanlanmışdır.

 

 

Arxiv üzrə axtarış