Subaylıq haqqında arayışın alınması
subaylıq haqqında arayışın alınması üçün lazım olan sənədlər:
1. ərizə-anket;
2. Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu)
3. 10 dollar (on) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir. Subaylıq haqqında arayışın rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır.
DİQQƏT: Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin konsulluq şöbəsinin iş qrafiki dəyişmişdir. Belə ki, vətəndaşlar yalnız əvvəlcədən təyin edilmiş fərdi görüş əsasında qəbul edilir. Görüş təyin edilməsi üçün consul_thehague@mission.mfa.gov.az e-mail ünvanı ilə əlaqə saxlamağınız zəruridir. Görüş təyin edilmədən vətəndaşların qəbuluna icazə verilmir.
DİQQƏT: Konsulluq məsələləri ilə bağlı bütün sualları yazılı şəkildə consul_thehague@mission.mfa.gov.az elektron ünvanına göndərməyiniz xahiş edilir.