Adın, Ata Adının və Soyadın Dəyişdirilməsi

1.     adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;

2.     ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;

3.     ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

4.     ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

5.     ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğum haqqında şəhadətnamələri;

6.     ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

7.     ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

8.     ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;

9.     20 dollar (iyirmi) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

DİQQƏT:  Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin konsulluq şöbəsinin iş qrafiki dəyişmişdir. Belə ki, vətəndaşlar yalnız əvvəlcədən təyin edilmiş fərdi görüş əsasında qəbul edilir. Görüş təyin edilməsi üçün consul_thehague@mission.mfa.gov.az e-mail ünvanı ilə əlaqə saxlamağınız zəruridir. Görüş təyin edilmədən vətəndaşların qəbuluna icazə verilmir.

 

DİQQƏT: Konsulluq məsələləri ilə bağlı bütün sualları yazılı şəkildə consul_thehague@mission.mfa.gov.az  elektron ünvanına göndərməyiniz xahiş edilir. 

Arxiv üzrə axtarış