ASAN Viza (e- Visa)
“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
- Qeyd edilən internet səhifəsində elektron vizanı
- standart (3 iş günü ərzində, rüsumu 20 ABŞ dolları) və ya
- təcili qaydada (qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində, rüsumu 50 ABŞ dolları) əldə etmək mümkündür.
- E-Vizanın etibarlılıq müddəti 90 gündür. Ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
- E-Viza verilən ölkələrin siyahısı
Elektron viza yalnız www.evisa.gov.az internet səhifəsində qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdiriləcəkdir.