2023-12-13

Səfir Rəhman Mustafayev İƏT-ə üzv ölkələrinin nümayəndələri ilə birgə Niderland Xarici İşlər naziri Hanke Bröns Slot ilə görüşdə iştirak etmişdir.

13 dekabr 2023-cü il tarixində Niderlandın Haaqa şəhərində Səudiyyə Ərəbistan Krallığının bu ölkədə səfirliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrinin nümayəndələri ilə Niderlandın xarici işlər naziri  Hanke Bröns Slot ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Rəhman Mustafayev də iştirak etmişdir. İştirakçılar xanım nazirə qarşılıqlı maraq kəsb edən suallar vermiş və ümumi fikir mübadiləsi aparılmışdır. 

Arxiv üzrə axtarış