2017-ci ilin fevral ayının 14-də Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş fotosərginin açılışı keçirilmişdir.
Sərginin açılışı zamanı Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Sərgi fevral ayının 30-dək davam edəcək.