İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, 1 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 2007-ci ilin may ayında Azərbaycan Respublikasının Niderland Krallığında, 2009-cu ilin 23 oktyabr tarixində isə Niderland Krallığının Azərbaycan Respublikasında səfirliyi təsis edilmişdir. Niderland Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Polin Eyzema 18 noyabr 2020-ci il tarixində etimadnaməsini Azərbaycan Respubliaksının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstəriri. Qrupun rəhbəri Qaya Məmmədovdur.

 

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Niderland Krallığı arasında 11 sənəd imzalanmışdır:

  1. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında hava daşımaları haqqında Saziş (11 iyul 1996)
  2. Azərbaycan Respublikası və Niderland Krallığı arasında əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu (24 aprel 1998)
  3. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında Saziş (30 yanvar 2002)
  4. Niderland Krallığı Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu (4 fevral 2002)
  5. Azərbaycan-Niderland iqtisadi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu (21 fevral 2002)
  6. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş ( 25 may 2004)
  7. Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan aldırılması və vergidən yayınmanın qarşısının alınması haqqına Konvensiya (22 sentyabr 2008)
  8. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Niderland Krallığı Repatriasiya və Geri Qaytarma Xidməti arasında qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə Anlaşma Memorandumu (1 iyul 2009)
  9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Niderland Krallığı Ədliyyə Nazirliyi arasında cinayət işləri sahəsində qeyri əməliyyat əməkdaşlığı haqqına Anlaşma Memorandumu (10 avqust 2010)
  10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (6 noyabr 2014)
  11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (22 yanvar 2020)

 

Əsas yüksək səviyyəli səfərlər

 DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARI

 

Tarix

 

Yer

Prezident İlham Əliyev və Baş nazir Yan Peter Balkenen arasında Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüş

07.05.2009

Praqa

Prezident İlham Əliyev və Baş nazir Mark Rutte arasında ATƏT Sammiti çərçivəsində görüş

01.12.2010

Astana

 

Prezident İlham Əliyev və Baş nazir Mark Rutte arasında Dünya İqtisadi Forumu çərçivəsində görüş

23.01.2014

Davos

Prezident İlham Əliyevin III Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə Niderlanda işgüzar səfəri

24-25.03.2014

Haaqa

Prezident İlham Əliyev və Baş nazir Mark Rutte arasında Dünya İqtisadi Forumu çərçivəsində görüş

19.01.2023

Davos

 

 PARLAMENT SƏDRLƏRİ

 

 

Niderland Senatının rəhbəri Rene van der Lindenin rəsmi səfəri

07-10.09.2010

Bakı

 XARİCİ İŞLƏR NAZİRLƏRİ

 

 

Xarici İşlər Nazirliyinin Baş katibi Ed Kronenburqun Niderlandın Azərbaycandakı səfirliyinin açılışı ilə əlaqədar rəsmi səfəri

04.03.2010

Bakı

Xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri

10-12.06.2012

Haaqa

Xarici işlər naziri Frans Timmermansın rəsmi səfəri

04.02.2014

Bakı

Xarici işlər naziri Elmar Məmmədyarovun Niderland xarici işlər naziri Frans Timmermans ilə NATO-nun Uels sammiti çərçivəsində görüşü

04.09.2014

Nyuport

Xarici işlər naziri Elmar Məmmədyarov ilə Niderland xarici işlər naziri Bert Koenders arasında BMT BA 70-ci sessiyası çərçivəsində görüş

27.09.2015

Nyu-York

Xarici işlər naziri Elmar Məmmədyarov ilə Niderland xarici işlər naziri Stef Blok arasında BMT BA 74-cü sessiyası çərçivəsində görüş 

23.09.2019

Nyu-York

Xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland xarici işlər naziri Ben Knapen arasında ATƏT-in Nazirlər Şurasının 28-ci iclası çərçivəsində görüş

03.12.2021

Stokholm

Xarici işlər naziri Ceyhun Bayramov ilə Niderlandın Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra arasında ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində görüş

01.12.2022

Lodz

AR XİN Ceyhun Bayramov ilə Niderland XİN Hanke Braun Slot arasında görüş (BMT BA 78-ci sessiyası)

21.09.2023

Nyu-York

AR XİN Ceyhun Bayramov ilə Niderland XİN Kaspar Feldkamp arasında görüş (BMT BA 79-cu sessiyası)

27.09.2024

Nyu-York

 

İqtisadi əməkdaşlıq

Azərbaycan Niderlandın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır və regiona yatırılan birbaşa xarici investisiyaların ümumi həcmi 1.7 milyard ABŞ dollarını keçir. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) Niderlandda sabit gəlirli qiymətli kağızlara, kapital bazarlarına, səhmlərə və investisiya fondlarına 407.2 milyon ABŞ dolları məbləğində sərmayə qoymuşdur. Bundan əlavə, Azərbaycanda 156 Niderland şirkəti qeydiyyata alınmışdır ki, onlardan 130-u sənaye, tikinti, kənd təsərrüfatı, maliyyə, nəqliyyat, ekoloji fəaliyyətlər, ticarət və xidmətlər də daxil olmaqla müxtəlif sahələrdə aktiv fəaliyyət göstərir.

İndiyədək Azərbaycan ilə Niderland arasında imzalanan əsas iqtisadi sazişə 21 fevral 2002-ci il tarixli "İqtisadi Əməkdaşlıq haqqında" Anlaşma Memorandumu daxildir. İki ölkə arasında hava nəqliyyatı, gömrük, beynəlxalq avtomobil nəqliyyatı, ikiqat vergitutmanın aradan qaldırılması və vergi qaçaqmalçılığına qarşı mübarizə, su resurslarının idarə edilməsi kimi müxtəlif sahələri əhatə edən sənədlər də imzalanmışdır.

 

Ticarət və iqtisadi göstəricilər

2023-cü ildə Azərbaycan ilə Niderland arasında ticarət həcmi artaraq ticarət dövriyyəsi 157.23 milyon ABŞ dollarına çatmışdır ki, bunun 113.01 milyon dolları idxalın, 44.22 milyon dolları isə ixracın payına düşür. Niderland Azərbaycanın sənaye məhsulları və texnologiya idxalı üçün əsas tərəfdaşlardan biri olmaqla yanaşı, Azərbaycan məhsullarının ixracı üçün də dəyərli bir bazardır.

2024-cü ilin ilk yarısında ticarət dövriyyəsi 116.39 milyon ABŞ dolları təşkil etmişdir. Bunun 46.67 milyon dolları idxala, 69.82 milyon dolları isə ixraca aid olmuşdur. Xüsusən, xam neft və yanacaq məhsulları sahəsində Azərbaycanın güclü artım tendensiyası müşahidə edilir.

Niderlanddan əsas idxal məhsulları: oksietanollar, rəqəmsal məlumat emalı cihazları, qaz turbini hissələri, səs, görüntü və ya digər informasiyaların qəbul, uyğunlaşdırma, ötürmə və ya düzəldilməsi üçün maşınlar və hissələr; pərakəndə satış üçün qablaşdırılmış əczaçılıq məhsulları; printerlər, kopiya aparatları və faks maşınları.

Azərbaycanın Niderlanda əsas ixrac məhsulları: xam neft və yanacaq məhsulları, meyvə və tərəvəz, köhnəlmiş metal məhsulları.

 

Sərmayələr və biznes fəaliyyəti

Niderland Azərbaycanda xüsusən qeyri-neft sektorlarına investisiyalar etmişdir. Azərbaycan isə Niderlanda əsasən neft, qaz və daşınmaz əmlak kimi sahələrdə sərmayə yatırmışdır.

1995-2023-cü illər arasında Azərbaycanın Niderlanddakı investisiyaları ümumilikdə 493.4 milyon ABŞ dolları təşkil etmişdir. Bunun 191.6 milyon dolları neft sektoruna, 301.8 milyon dolları isə qeyri-neft sektoruna yönəldilmişdir. Əksinə, Niderlandın Azərbaycandakı investisiyaları 1.7 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun 147.4 milyon dolları neft sektoruna, 1.6 milyard dolları isə qeyri-neft sektoruna yönəlmişdir. Bu, Niderlandın Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi səylərində əsas investisiya tərəfdaşı kimi əhəmiyyətini vurğulayır.

Sərmayələr

1995-2023

neft sektoru (ABŞ dolları ilə)

qeyri-neft sektoru (ABŞ dolları ilə)

Cəm

(ABŞ dolları ilə)

 

Azərbaycandan Niderlanda

$191.6 milyon

$301.8 milyon

$493.4 milyon

Niderlanddan Azərbaycana

$147.4 milyon

$1.6 milyard

$1.7 milyard

 

Biznes forumlar və sərgilər

Hər iki ölkədə müxtəlif vaxtlarda (2015-ci ildə Niderlandda (Maastricht), 2012-ci ildə, 2013-cü ildə (iki dəfə), 2014 və 2016-cı illərdə Azərbaycanda (Bakı)) biznes forumlar təşkil olunmuşdur. Azərbaycan Niderlandda (Venlo) keçirilən "Floriade 2012" beynəlxalq sərgisində iştirak etmişdir. Eyni zamanda, Niderland Azərbaycanda 2019-cu ilin mayında keçirilən "Caspian Agro-2019" sərgisində 22 şirkətlə təmsil olunmuşdur.

 

Əməkdaşlıq sahələri

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL), beynəlxalq ticarət üçün əsas mərkəz olmaqla yanaşı, Asiya ilə Avropa arasında yüklərin daşınması üçün kritik intermodal paylama mərkəzləri olan Niderland dəniz limanları ilə əməkdaşlıqdan faydalanır. 2019-cu ildə Bakı Limanı və Cabooter Group arasında əməkdaşlıq sazişi imzalanmışdır ki, bu da Azərbaycandan keçməklə Orta Dəhliz vasitəsilə yüklərin çatdırılmasını təşviq edir. Bundan əlavə, Niderland mühəndislik konsaltinq şirkəti Royal HaskoningDHV Bakı Limanının inkişafı üçün layihələndirmə, mühəndislik və tikinti xidmətləri təqdim etmişdir.

17 yanvar 2023-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Damen Shipyards Group şirkətinin icraçı direktoru Arnout Damen ilə görüşmüşdür. Görüş zamanı Azərbaycanın gəmiqayırma sənayesində, xüsusilə tanker, quru yük gəmiləri və bərələrin istehsalı sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilmişdir.

18 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində Signify şirkətinin baş icraçı direktoru ilə görüşmüşdür. Görüş zamanı şirkətin Azərbaycandakı fəaliyyəti, o cümlədən Şuşadakı televiziya qülləsi üçün işıqlandırma layihələri və kənd təsərrüfatı sektoruna dair təşəbbüslər müzakirə olunmuşdur.

Kənd təsərrüfatı Azərbaycan ilə Niderland arasında əməkdaşlığın əsas sahələrindən biridir. Niderlandın dayanıqlı əkinçilik təcrübələri, istixana texnologiyaları və su idarəçiliyi sahəsindəki təcrübəsi Azərbaycanın kənd təsərrüfatı sektorunun modernləşdirilməsinə töhfə vermişdir. Xüsusilə, Azərbaycanın "Balkhurma", "Minashirin", "Savalan" və "AzGranata" brend məhsulları Niderlanda ixrac olunur, bu da Azərbaycanın kənd təsərrüfatı ixracatının genişlənən rolunu nümayiş etdirir.

9 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Niderlanda səfər etmiş və Niderlandın kənd təsərrüfatı, balıqçılıq, qida təhlükəsizliyi və təbiət üzrə naziri Femke Mariye Viersma ilə görüşmüşdür. Onların müzakirələri kənd təsərrüfatı, balıqçılıq, qida təhlükəsizliyi və təbiətin mühafizəsi sahələrində əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir.

Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlıq ticarət, investisiya və logistika, kənd təsərrüfatı, infrastruktur və gəmiqayırma sahələrində həyata keçirilən birgə layihələr vasitəsilə inkişaf etməyə davam edir. Bu əlaqələrin dərinləşməsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir, regional sabitliyə və inkişafa töhfə verir.

 

COP29

11-22 noyabr 2024-cü il tarixlərində ölkəmizdə baş tutan Birləşmiş Millətlər Təşkilatının iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə iqlim siyasəti və yaşıl inkişaf naziri Sofi Hermansın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Niderlandın iqlim üzrə xüsusi elçisi Xayme de Börbon de Parme, su üzrə xüsusi elçisi Meyke van Xinneken, enerji üzrə xüsusi elçisi Freyderik Visselink, həmçinin Niderlandın Karib adaları olan Bonaire, St Eustatius and Sabanı təmsilı edən xüsusi elçi Edison Reyna daxil idi.  

18 noyabr tarixində COP29 çərçivəsində Bank Respublika ilə Niderlandın İnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün mühüm kredit sazişi imzalanmışdır. Bu razılaşmaya əsasən, beynəlxalq maliyyə qurumu Banka 40 milyon ABŞ dollarına bərabər məbləğdə, dörd il müddətinə Azərbaycan manatı ilə kredit ayıracaq. Bu vəsait Azərbaycanın 2035-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq hədəfini dəstəkləyəcək.

 

İkitərəfli əməkdaşlığın digər sahələri

Niderlandın "Clingendael" Beynəlxalq Əlaqələr İnstitutu Cənubi Qafqaz ölkələrindən olan diplomatlar üçün illik əsasda treyninq proqramları təşkil edir. "Clingendael" və Azərbaycan Diplomatik Akademiyası arasında əməkdaşlıq mövcuddur.

Səfirlik tərəfindən mütəmadi olaraq Niderland Krallığında fəaliyyət göstərən aparıcı Azərbaycan diaspor təşkilatları – Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Kültür Dərnəyi, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və s. eləcə də Niderland ictimaiyyəti təmsilçiləri tərəfindən təşkil olunmuş Niderland-Azərbaycan Əlaqələndirmə Platformasının (Netherlands-Azerbaijani Communication Platform – NACP), “Azərbaycanın Holland Dostları” Cəmiyyətinin (Dutch Friends of Azerbaijan)  rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşlər keçirilir, ümumi müzakirələr, diaspora nümayəndələrinin problemləri, qarşıda duran əsas məsələlər barədə fikir mübadiləsi aparılır, sözügedən sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dəyirmi masalar təşkil olunur.

Azərbaycan dilinin və ədəbiyyatının Niderlandda təbliği məqsədilə 16 dekabr 2013-cü il tarixindən etibarən Haaqa şəhərində Səfirliyin dəstəyi və Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyinin nəzdində Nizami Gəncəvi adına məktəb fəaliyyətə başlamışdır. Sözügedən məktəbdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə yanaşı ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və s. barədə ətraflı məlumat verilir. Azərbaycan dili dərslərinin lazımi qaydada keçirilməsi məqsədilə Səfirlik tərəfindən məktəbə mütəmadi olaraq lazımi dərsliklər və metodiki vəsaitlər təqdim olunur.

 

 

Arxiv üzrə axtarış