Doğumun Qeydə Alınması və Təkrar doğum haqqında şəhadətnamə
Doğumun qeydə alınması üçün tələb olunan sənədlər
Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Hər iki valideyn tərəfindən doldurulmuş ərizə ;
2. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
3. valideynlərin nikah haqqında şəhadətnaməsi;
4. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
5. uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
6. uşağın Azərbaycan Respublikası vətəndaşlığının tanınması və ona Fərdi İdentifikasiya Nömrəsinin (FİN-kod) müəyyən edilməsi üçün hər iki valideyn tərəfindən təqdim edilən ərizə
7. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
8. uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
Yuxarıda qeyd olunan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.
Valideynlərin birinin sənədləri yalnız üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilərlər.
DİQQƏT: Əgər uşağın doğulduğu ölkəyə məxsus doğum şəhadətnaməsi varsa, o zaman Azərbaycan Respublikasına məxsus doğum şəhadətnaməsi verilmir.
Diqqət: Təkrar doğum haqqında şəhadətnamə üçün aşağıdakı sənədlərin Səfirliyə təqdim olunması tələb olunur:
1. Ərizə;
2. 10 dollar (on) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir. Təkrar doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;
3. 3 (üç) AZN dövlət rüsumu aşağıda məlumatları qeyd olunan ünvana ödənilməli və qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
B1. Benefisiar (alan bank)
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWIFT BIK: CTREAZ 22
B2. Alan müştəri
Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsi
Hesab nömrəsi: AZ17CTRE00000000000002117131
VÖEN: 1602473621
Büdcə təsnifat kodu: -142215
Büdcə səviyyə kodu: -1