7 fevral, 2024-cü ildə keçiriləcək Prezident Seçkilərinə dair
7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.
Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Niderland Krallığında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.
Keçid: https://docs.google.com/forms/d/1H-HiRIt0TlGT3hLUlLm7mG05w4z-NSHVNA_4duAlOJo
Telefon: +31 70 392 1939
Elektron poçt: consul@azembassy.nl
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikasının vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.