ASAN Viza (e-Visa)

“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

  • Qeyd edilən internet səhifəsində elektron vizanı

         - standart (3 iş günü ərzində, rüsumu 20 ABŞ dolları) və ya

         - təcili qaydada (qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində, rüsumu 50 ABŞ dolları) əldə etmək mümkündür. 

  • E-Vizanın etibarlılıq müddəti 90 gündür. Ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
  • E-Viza verilən ölkələrin siyahısı

Elektron viza yalnız www.evisa.gov.az internet səhifəsində qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdiriləcəkdir. 

 

Arxiv üzrə axtarış