Viza

Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.

 

KATEQORİYALARI

  • diplomatik (yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir).
  • xidməti (yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir).
  • adi

        Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:

  • işgüzar
  • elmi və təhsil
  • əmək
  • turizm
  • mədəniyyət və idman
  • humanitar
  • şəxsi səfər
  • müalicə

 

NÖVLƏRİ

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:

1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.

  • Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
  • Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.

Çoxdəfəlik viza yalnız Xarici İşlər Nazirliyinin dəvəti əsasında verilir. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

 

2. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir.

Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir.

Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Viza 15 (on beş) iş günü ərzində verilir. Səfirliyin konsulluq şöbəsinin əməkdaşı lazım bildiyi təqdirdə əlavə sənədlər tələb etmək və müraciət edən şəxslə müsahibə keçirmək hüququna malikdir. Sənədlər şəxsən və ya bu sahədə xidmət göstərən şirkətlər vasitəsilə Səfirliyin Konsulluq şöbəsinə təqdim oluna bilər. Sənədlər poçt vasitəsi ilə qəbul edilmir.

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr barədə məlumatı buradan ala bilərsiniz.

 

Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!

Azərbaycan Respublikasına əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əmək məqsədilə birdəfəlik adi giriş vizası rəsmliləşdirilir.

"Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 dekabr 2000-ci il tarixli, 214 saylı Qərarına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi icazə əldə etmək üçün yalnız Azərbaycan Respublikasına gələndən sonra müvafiq dövlət orqanlarına müraciət edə bilər.

 

VİZANIN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

İşgüzar səfər

1.Viza üçün müraciət edən şəxs tərəfindən "Viza almaq üçün ərizə-anket portalı"nda viza ərizə-anketin doldurulması və imzalı nüsxəsinin təqdim edilməsi;

2.Biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);

3.Pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);

4.Pasport və ya digər sərhədkeçmə sənədinin əsas səhifələrinin surətləri;

5.Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxs tərəfindən doldurulmuş vəsatət. Vəsatət AR Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilməlidir! 

6.Dəvət edən təşkilatın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surəti;

7.Dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Viza rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz digər sənədlər ilə birgə təqdim olunmalıdır;

8.İş yerindən zəmanət məktubu.

 

Şəxsi səfər

1.Viza üçün müraciət edən şəxs tərəfindən "Viza almaq üçün ərizə-anket portalı"nda viza ərizə-anketin doldurulması və imzalı nüsxəsinin təqdim edilməsi;

2.Biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);                                                                      

3.Pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)

4.Pasportun və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin (səyahət sənədinin) surəti;

5.Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı və ya yaşama hüququ olan xarici ölkənin vətəndaşı tərəfindən göndərilmiş notarial qaydada təsdiq edilən dəvət məktubu.

6.Dəvət edən şəxsin etibarlıq müddəti bitməmiş Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin (yaşama hüququ verən sənədin) hər iki üzünün surəti;

7.Dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Viza rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz digər sənədlər ilə birgə təqdim olunmalıdır;

8. Əgər valideynlərdən yalnız biri 18 yaşı tamam olmamış övladı ilə səyahət edirsə, o zaman digər valideynin notarial təsdiq edilmiş razılığı təqdim edilməlidir.

 

İşgüzar, elm və təhsil səfərləri 

Hüquqi şəxslər tərəfindən dəvət olunduğu halda, qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti. Ətraflı məlumat üçün: https://mfa.gov.az/az/category/viza/azerbaycan-respublikasina-ecnebini-ve-ya-vetendasligi-olmayan-sexsi-devet-etmek-ucun-teleb-olunan-senedler

 

DİQQƏT:

18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd edilən sənədlərdən əlavə

  • notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti;
  • valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur. 

 

Xarici ölkələrin qaçqın səyahət sənədinə sahib şəxslər üçün tələb olunan sənədlər:

1. Viza üçün müraciət edən şəxs tərəfindən "Viza almaq üçün ərizə-anket portalı"nda viza ərizə-anketin doldurulması və imzalı nüsxəsinin təqdim edilməsi; 

Viza müraciəti şəxsən  Səfirliyə təqdim edilməlidir.

2. Pasportun əsli və əsas səhifənin surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 6 ay artıq olmalıdır);

3. İki ədəd ağ fonda rəngli fotoşəkil (3x4sm);

4. Turizm vizası üçün: sərnişin bileti (gediş və gəliş üçün), mehmanxanada yer sifariş edilməsini təsdiqləyən sənəd; 

İşgüzar səfər, elm və ya təhsil, əmək, müalicə, humanitar səfər, mədəniyyət və idman vizaları üçün: dəvət edən tərəfin vəsatəti (vəsatət hüquqi şəxs tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilir); 

Şəxsi səfər vizası üçün: notarial qaydada təsdiq edilmiş dəvət məktubu və dəvət edən tərəfin şəxsiyyətini təsdiq edən sənədin surəti;

5. Tibbi sığorta şəhadətnaməsi (səyahət sığortası);

6. səfər ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd (bank arayışı və digər sənəd);

7. qaçqın səyahət sənədinin rəsmiləşdirildiyi ölkədə ən azı 6 ay yaşamaq icazəsi sənədi və həmin ölkədəki yaşayış yeri barədə arayış;

8. Dövlət rüsumunun ödənilməsi barədə sənəd;

Qeyd: Azərbaycan Respublikasının ərazisində 15 (on beş) gündən artıq qalan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində yaşayış yeri üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən şəxslər qanunvericiliyə müvafiq qaydada cərimə olunurlar. Əlavə məlumat üçün: www.migration.gov.az

 

VİZA RÜSUMU

Aşağıda adları qeyd edilən dövlətlərdən başqa Avropa İttifaqına üzv ölkələrin, eyni zamanda Şengen müqaviləsinə qoşulmuş ölkələrin pasport daşıyıcıları üçün viza rüsumu 35 avrodur.

Həmçinin həmin dövlətlərdən başqa Avropa İttifaqına üzv ölkələrin, Şengen müqaviləsinə qoşulmuş ölkənin vətəndaşları olan 12 yaşınadək uşaqlar viza rüsumundan azad edilirlər.

Vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin (Səyahət sənədi və ya Reisdocument) sahibləri üçün:

  • Birdəfəlik giriş vizası 20 ABŞ Dolları
  • Çoxdəfəlik giriş vizası 350 ABŞ Dolları (iki ilədək)

Diqqət: Digər valyuta ilə göstərilmiş rüsumlar avro ilə ödənilərkən Avropa Mərkəzi Bankının gündəlik avro məzənnəsinə uyğunlaşdırılmalıdır.

(https://www.ecb.europa.eu/stats/exchange/eurofxref/html/index.en.html )

 Nağd ödəniş qəbul edilmir.

Viza verilməsi üçün ödənilən dövlət rüsumu müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq geri qaytarılmır.

Dövlətlər

Birdəfəlik

Çoxdəfəlik

Danimarka

20 Dollar

350 Dollar

Böyük Britaniya

20 Dollar

265 GBP

İrlandiya

20 Dollar

350 Dollar

İslandiya

20 Dollar

350 Dollar

İsveçrə

35 avro

35 avro

Lixtenşteyn

35 avro

35 avro

  

 

 

                                                                                                                                                              

 

 

 

 

Arxiv üzrə axtarış