Clarification of the citizenship of the Republic of Azerbaijan
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinə müraciət edilə bilər. Sorğular icraat üçün aidiyyəti dövlət orqanı olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.
- Doldurulmuş ərizə-anket
- 2 ədəd 3x4 ölçüdə fotoşəkil
- Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.);
- 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.);
- Şəxsin 1 yanvar 1988-ci ildən 1 yanvar 1992-ci ilədək Azərbaycan respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu faktı təsdiq edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş vəsiqə və ya arayışın surəti (notarial qaydada təsdiq edilmiş);
- Tərcümeyi-hal (sərbəst formada)
- 10 (on) ABŞ dolları dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;Diqqət: Bütün rüsumlar həmin günün məzənnəsinə uyğun olaraq, ərizəçi tərəfindən avro ekvivalenti ilə ödənilməlidir. (Ərizəçi rüsumu ABŞ dolları ilə ödəyərsə, bank tərəfindən valyuta mübadiləsi ilə bağlı çıxılan əlavə ödəniş ərizəçi tərəfindən ödənilməlidir. Bu baxımdan, əlavə ödənişin olmaması üçün rüsumun avro ilə ödənilməsinə diqqət yetirməyinizi xahiş edirik);