Nikahın Pozulmasının Qeydə Alınması
Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:
1. Nikahın pozulması haqqında ərizə;
2. Müraciət edənlərin şəxsiyyətini təsdiq edən sənədlər;
3. Nikah məhkəmə qətnaməsi əsasında pozulduqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya ondan çıxarış;
4. Nikah ər-arvadın qarşılıqlı razılığı əsasında pozulduqda nikah haqqında şəhadətnamə;
5. Nikah ərin (arvadın) ərizəsi əsasında pozulduqda arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qətnaməsi;
6. 40 dollar (qırx) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;