Məhkumluq haqqında arayışlar
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
-
Vətəndaşın ərizəsi (Ərizədə. ərizəçinin soyadı, adı, atasının adı, doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqan qeyd olunmalıdır);
-
Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi);
-
Sorğu göndərilməsi üçün Səfirliyin hesabına 10 dollar rüsumun ödənilməsinin təsdiqi. Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır
Qeyd. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
DİQQƏT: Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin konsulluq şöbəsinin iş qrafiki dəyişmişdir. Belə ki, vətəndaşlar yalnız əvvəlcədən təyin edilmiş fərdi görüş əsasında qəbul edilir. Görüş təyin edilməsi üçün consul_thehague@mission.mfa.gov.az e-mail ünvanı ilə əlaqə saxlamağınız zəruridir. Görüş təyin edilmədən vətəndaşların qəbuluna icazə verilmir.
DİQQƏT: Konsulluq məsələləri ilə bağlı bütün sualları yazılı şəkildə consul_thehague@mission.mfa.gov.az elektron ünvanına göndərməyiniz xahiş edilir.