Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
8 sentyabr tarixində Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak edib.
Azərbaycanın təqdimatı festival iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə festivalda xalqımızın milli mənəvi sərvəti olan və 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən muğam musiqisi təqdim olunub.
Xanəndə Nisbət Sədrayeva tarzən Rüstəm Müslümov və Əməkdar artist, kamançaçı Toğrul Əsədullayevin müşayiəti ilə bir çox muğam dəstgahlarını ifa edib. Musiqiçilərimizin ifası festival ziyarətçiləri tərəfindən alqışlarla qarşılanıb.