Səfir Məmməd Əhmədzadə öz etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə 29 yanvar 2025-ci il tarixində etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim etmişdir.
Kral Villem-Aleksandr ilə söhbətdə Azərbaycan ilə Niderland arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən regional proseslər müzakirə edilmişdir.