news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2025

Səfir Marian de Yonq öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marian de Yonq 16 oktyabr 2025-ci il tarixində etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir. 

 

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu demişdir. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında   tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğulamış, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirmişdir. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə etmişdir.

 

Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu demiş, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğulamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti