news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2020

Azərbaycan Respublikası Statistika Komitəsi Niderlandın Mərkəzi Statistika Bürosu ilə anlaşma memorandumu imzalayıb

22 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənəd Bakıda keçirilən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində icrası başa çatan “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan konfrans çərçivəsində imzalanıb.

Anlaşma memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti