Leyden MUN proqramı tələbələri ilə Səfirlikdə görüş keçirilmişdir
31 yanvar tarixində Səfirlikdə Leyden MUN (Model United Nations Foundation) proqramı tələbələri ilə görüş keçirilmişdir. Tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, inkişaf strategiyası və xarici siyasəti, o cümlədən regional vəziyyət və Azərbaycan-Niderland ikitərəfli münasibətlərinə dair məlumat verilmişdir.