news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 yanvar 2016

Haaqada 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub

Azərbaycanın Niderlanddakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş fotosərgi təşkil olunub.

Niderland ictimaiyyətinin təmsilçilərinin, Leyden Universiteti tələbələrinin, bu ölkədəki Azərbaycan diaspor təşkilatı üzvlərinin də qatıldığı sərgidə 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Sərgi çərçivəsində Leyden Universitetinin müxtəlif ölkələrdən olan tələbələri, eləcə də digər ziyarətçilər üçün Niderland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilmiş Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının, Benilüks Azərbaycanlıları Konqresinin, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbərliyi və təmsilçiləri ilə birgə “dəyirmi masa”lar keçirilib.

“Dəyirmi masa”larda xalqımızın müstəqillik mübarizəsi tarixinə həkk olunmuş 20 Yanvar faciəsindən söhbət açılıb, həmin tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günü olduğunu bildirib

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti