Elektron Növbə Portalı
Artıq səfirliyin konsulluq bölməsi tərəfindən göstərilən xidmətlər üçün Elektron Növbə Portalında növbə götürə bilərsiniz.
Elektron Növbə Portalında istifadə üçün hər hansı xidmət haqqı nəzərdə tutulmur.
QEYD:
-
Xidmətə uyğun olaraq görüş vaxtı götürmənizi xahiş edirik.
-
Hər ərizəçi üçün 1 görüş: Nəzərə alın ki, bir görüşə görə yalnız bir ərizəçinin müraciəti qəbul olunur. Əgər bir neçə nəfər üçün müraciət olunursa (məsələn, ailə/qrup halında), o zaman hər bir ərizəçi üçün ayrıca görüş vaxtı götürməyinizi xahiş edirik.
-
Almaniya Federativ Respublikasında yaşayan soydaşlarımızdan aidiyyəti üzrə Berlin şəhərində yerləşən Səfirliyimizə müraciət etmələri xahiş olunur.