Vadim Akimov: “ADEX 2016” sərgisi yüksək səviyyədə təşkil olunub
Biz artıq iki il əvvəl Azərbaycanda keçirilmiş “ADEX” sərgisində iştirak etmişik və bu il də bu sərgiyə qatıldıq. Təhlükəsizlik və müdafiəyə olan tələbat ildən-ilə artır. “Damen” gəmiqayırma şirkətlər qrupu məqsədli təyinata uyğun olan və iqtisadi səmərəliliyi ilə fərqlənən yüksək keyfiyyətlə layihələndirilmiş gəmilər istehsal etməklə, uzun illərdir ölkələrə və hərbi dəniz qüvvələrinə dəstək verir.
AZƏRTAC xəbər verir ki, bunu “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak edən “Damen Shipyards Group” şirkətinin Şərqi və Cənub-Şərqi Avropa regionlarında satış üzrə direktoru Vadim Akimov deyib.
V.Akimov bildirib ki, şirkətin stendində uzunluğu 59 metrdən 105 metrə və daha çox olan “Sigma” seriyalı (kiçik komplektli və yüksək sürətli) kompakt gəmilərin yeni silsiləsi, raketdaşıyan “Sigma 10514”, “Stan Patrol 5009” sürətli patrul gəmiləri və digər məhsulların maketləri, eləcə də bu məhsullar barədə məlumatlar təqdim edilir.
“Biz Azərbaycanın hərbi dəniz qüvvələrinin nümayəndələri ilə həvəslə ünsiyyət qururuq. Sərgi çox yüksək səviyyədə təşkil olunub. Burada həm Avropa, həm də digər ölkələrdən əsas avadanlıq və sistem təchizatçılarının böyük qismi təmsil olunub. Bu da bazardakı tələbatı göstərir. Ümumilikdə, Azərbaycanın son illərdə sürətlə inkişaf etdiyi aşkar hiss olunur.