31 oktyabr tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Niderlandın Lansingerland şəhərinin meri cənab Pieter van de Stadt ilə görüşmüşdür
Görüş zamanı Niderlandın hakim Azadlıq və Demokratiya uğrunda Xalq pariyasının üzvü olan P.Van de Stadt Azərbaycan haqqında kifayət qədər məlumatlı olduğunu, hazırda ölkəmizin qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət verdiyini, bu baxımdan Niderland şirkətlərinin Azərbaycanda fəaliyyətinə əlverişli şərait yardaılmasından məmnun olduğunu bildirmişdir. O, Lansingerlandın Amsterdam və Rotterdam şəhərlərinin qovşağında yerləşdiyini, ölkəsinin iqtisadi həyatında mühüm rola malik olduğunu, xüsusilə kənd təsərrüfatı sahəsində əhəmiyyətli paya sahib olduğunu və bu xüsusda, təmsil olunduğu bölgədə üç minə yaxın yerli və əcnəbi şirkətlərin fəaliyyət göstərdiyini vurğulamışdır. Mer, Lansingerland bölgəsinin Niderlandın istixana innovasiya mərkəzinin ürəyi olduğu, bu sahədə öz təcrübələrini dünyanın inkişaf etmiş ölkələrinin şirkətləri ilə bölüşdüyünü və Azərbaycanın maraqlı olan şirkətləri ilə də əməkdaşlığa hazır olduqlarını bildirdi.
C.Mirzəyev öz növbəsində, Azərbaycan hökumətinin qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modeli barədə ətraflı məlumat vermiş, Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin və sosial rifahın daha da artırılmasının təmin edilməsinin hədəfləndiyini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düzgün sosial-iqtisadi strategiyanın nəticəsində Azərbaycanın özünəməxsus milli inkişaf modeli ilə fərqləndiyini, müstəqil və müasir inkişaf edən ölkə olduğunu qeyd etmişdir. Azərbaycanlı diplomat kənd təsərrüfatı sahəsində Lansingerlandın müsbət təsrübəsini öyrənməkdə ölkəmizin bu sahədə çalışan şirkətlərinin maraqlı olduğunu, bu xüsusda qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının ümumilikdə müsbət dinamikaya malik Azərbaycan-Niderland iqtisadə əlaqələrinə töhfə verəcəyini ifadə etmişdir.