Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu ildə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 - 1417) 650 illik yubileyi qeyd edilir. İmadəddin Nəsimi Azərbaycanın şairi, dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələdir.
Şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılmışdı. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanılır.
Şairin əsərləri dönə-dönə çap edilmiş, barəsində tədqiqat əsərləri yazılmışdır. UNESCO-nun qərarı ilə Nəsiminin adan olmasının 600 illiyi dünya miqyasında geniş qeyd edilmişdir.