news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2015

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici siyasətindən bəhs edən yeni kitab nəşr olunub.

Tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlovun müəllifi olduğu “Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə siyasi əlaqələri (1991-2006)” adlı kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Kitab Azərbaycan Respublikası¬nın Avropa ölkələri ilə 1991-2006-cı illəri əhatə edən ikitərəfli və bərabərhüquqlu siyasi əlaqələrinin qurulması və inkişafı məsələlərinə həsr edilib.

Əsərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardıqları uğurlu və məqsədyönlü diplomatiyanın tərkib hissəsi kimi Avropa ölkələri ilə münasibətlərin siyasi müstəvidə qurulması prosesi müxtəlif mənbə və ədəbiyyatlara istinad olunaraq təhlil edilib.

AZƏRTAC-ın materiallarından da istifadə edilən bu kitab diplomatlar, siyasətçilər, ali məktəblərin beynəlxalq münasibət¬lər, tarix ixtisasları üzrə təhsil alan tələbələri, tədqiqatçılar daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti