news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 fevral 2017

Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankarada keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın açılış panelində Türk Şurasının baş katibi Ramil Həsənovun, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovun və Mövlud Çavuşoğlunun, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri də planlaşdırılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti