news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2021

Azərbaycan səfiri əraziləri minalanmış ölkələrə yardım məqsədilə Haaqada təşkil olunmuş “Şəhər şahmat turniri”nə qatılıb

Haaqa şəhər bələdiyyəsinin, Mine Mark Fondunun və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə xeyriyyə məqsədiilə “Şəhər şahmat turniri” keçirilib.

Şahmat turnirinə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Bosniya və Herseqovina səfiri Almir Sahoviç və Ukrayna səfirliyinin müvəqqəti işlər vəkili Nataliya Kolomiets də qatılıblar.

Xatırladaq ki, bu gün hər üç ölkə minalardan əziyyət çəkir. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biridir.

Xeyriyyə məqsədilə təşkil edilmiş şahmat turnirindən gələcək gəlir ianə məqsədilə istifadə olunacaq. Gəlir minalardan əziyyət çəkən ölkələrdə məktəblilərin minalarla bağlı maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirən Mine Mark Fonduna köçürüləcək.

Artıq bir ildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı erməni silahlı qüvvələrinin 30 illik işğalından azad edib. Ancaq bütün torpaqlarımızı tamamilə minalamış mənfur düşmən çirkin xislətini, qeyri-konstruktiv mövqeyini davam etdirərək, eləcə də beynəlxalq konvensiyaları pozaraq, mina xəritələrini Azərbaycana vermir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də doğma evlərinə qayıda bilmirlər. Ermənistanın yerləşdirdiyi yüz minlərlə mina azərbaycanlı mülki əhali üçün hələ də təhlükə mənbəyi olaraq qalmaqdadır.

Mine Mark Fondu mülki əhalini və uşaqları minalardan qorunmaqla bağlı maarifləndirir. Azərbaycanda da missiyasını həyata keçirən Fond şahmat turnirindən əldə olunan gəlirləri məhz minadan qorunmaqla bağlı maarifləndirmə işlərinə sərf edəcək.

Qeyd edək ki, “Şəhər şahmat turniri”nin təşkilatçılarından ikisi azərbaycanlıdır: turniri izləyən 2 qrossmeysterdən biri Nərgiz Burg-Umudova və Mine Mark Fondunda çalışan Lala van der Kolk-Mustafazadə Azərbaycan mənşəlidirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti