news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 oktyabr 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşüb.

2 oktyabr tarixində Azərbaycan Respubliaksının Prezidenti İlham Əliyev Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşüb.

 

Niderlandın Baş naziri Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəliləyişi ilə bağlı əldə olunan nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib və bu nailiyyətlərin əhəmiyyətini vurğulayıb.

 

Prezident İlham Əliyev isə öz növbəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin, həmçinin regional sülh naminə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair sənədin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, iki xalq arasında sülhün artıq mövcud olduğunu qeyd edib.

 

Görüş zamanı Niderland şirkətlərinin Azərbaycanda gəmiçilik, liman tikintisi, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələrdə uğurla fəaliyyət göstərdikləri xüsusi vurğulanıb.

 

Müzakirələrdə, həmçinin, Azərbaycan ilə Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

 

Söhbət zamanı Niderlandın Baş naziri COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb və tədbir zamanı beynəlxalq iqlim gündəliyi kontekstində mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

 

https://president.az/en/articles/view/70254

https://x.com/MinPres/status/1973762885026242722

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti