Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi Elçin Əmirbəyovun Haaqaya səfəri zamanı "The Holland Times" qəzetinə müsahibə vermişdir.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderlanda səfəri çərçivəsində "The Holland Times" qəzetinə müsahibə vermişdir. Müsahibədə o, Niderlanda səfərinin əsas məqsəd və prioritetlərini diqqətə çatdırmış, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri barədə danışmış, həmçinin regionda mövcud vəziyyəti şərh etmişdir.