Azərbaycan Dövlət Aqrar Universiteti ilə Hollandiyanın “Petc+” tədris mərkəzi anlaşma memorandumu imzalayıb
XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2016” sərgiləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Hollandiyanının “Petc+” tədris mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memoranduma əsasən hər iki təhsil müəssisəsi arasında qarşılıqlı razılaşma əsasında informasiya mübadiləsi, təcrübə səfərlərinin təşkili və fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqramların həyata keçirilməsi nəzərdə tutulub.