news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 noyabr 2024

Amsterdamda "Cəngi" etno-caz qrupun iştirakı ilə Zəfər gününə həsr edilmiş konsert baş tutub

11 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində “Cəngi” etno-caz qrupunun iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert təşkil olunmuşdur.


Konsertdə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələri, xarici ölkələrin Niderland Krallığında akkreditə olunmuş səfirləri və diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türk icmalarının üzvləri, həmçinin yerli qonaqlar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.


Amsterdamın Muzey meydanında yerləşən, tarixi və nüfuzlu məkan olan Concertgebouw-da (“Konsert Məkanı”) keçirilən konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti