31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Rotterdamda anım tədbir keçirilmişdir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Rotterdam şəhərində anım tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Azərbaycanın qan yaddaşına həkk olunmuş hadisələrdən, xüsusilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixi və siyasi aspektlərindən, eləcə də Azərbaycan dövlətinin bu hadisələrə siyasi-hüquqi qiymət verilməsi və onların beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən danışmışdır.