news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 sentyabr 2015

3 sentyabr 2015-ci il tarixində Maastrixt İdarəetmə Məktəbində (MSM) Biznesin idarə olunması ixtisası üzrə təhsil alan tələbələrin buraxılış mərasimi baş tutmuşdur.

Maastrixt şəhərinin meri xanım Annemarie Penn Strakeç Limburq vilayəti rəsmiləri, Niderlandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, biznes dairələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, nazir müavini cənab Hafiz Paşayev,  Azərbaycanın  Niderland  Krallığındakı  Səfiri  cənab Mir-Həmzə Efendiyev, eləcə  də  Səfirliyin və  ADA-nın nümayəndələri iştirak etmişlər.
24  may  2013-cü  ildə Maastrixtdə keçirilən Azərbaycan  günü  zamanı iki təhsil  mərkəzi  arasında imzalanmış  Enerji idarəçiliyi  sahəsində  biznesin  idarə  olunması  ixtisası  üzrə  proqram  hal-hazırda  uğurla davam  etdirilməkdədir.  Belə ki, bu  proqram  üzrə  təhsilini  başa  vuran  tələbələr  həm  ADA,  həm  də  MSM-in  diplomlarına  yiyələnirlər.
Tədbiri  giriş  sözü  ilə  açan  MSM-in idarə  heyətinin  sədri  Rene  van der  Linden  qonaqları  salamlayaraq,  MSM-dəki tədris  standartları  və  mövcud  beynəlxalq  mühitdən  söz  açmış,  məzunlara  uğurla  arzulamışdır.  Azərbaycanla  əməkdaşlıq  perspektivlərinə  gəlincə ADA-dan  olan  birinci  MBA  məzunlarının  uğurunu vurğulamış,  gələcəkdə  hər  iki  təhsil  müəssisəsi  arasında  əməkdaşlığın  daha  da  dərinləşəcəyinə, yeni təhsil  proqramlarının  əsasının  qoyulacağna  ümid  etdiyini  bildirmişdir. Məzun  günündə  çıxış  edən  cənab  Hafiz Paşayev  sözügedən  proqramın  ilk  məzunlarını  təbrik  edərək  yüksək  səviyyəli  proqramın  tərtibi  və  uğurla  həyata  keçirilməsinə  görə  MSM  rəhbərliyinə  minnətdarlığını bildirmişdir. Cənab Paşayev iqtisadiyyatı günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının zamanın tələblərinə cavab verən təhsil almış dinamik  biznes  idarəçiləri  və liderlərinə  eytiyac  olduğunu  vurğulamışdır.  O, ilk  məzunlara  gələcək  biznes  fəaliyyətlərində  yeni  nailiyyətlər arzulamışdır  və  onların  həm  Azərbaycanda,  həm də beynəlxalq  səviyyədə  uğurlu  olacaqlarına  əminliyini  bldirmişdir.
Qeyd  edək ki,  bu il  sözügedən  proqramın  Azərbaycandan  olan  ilk  30  nəfər  məzununa  MSM-in  diplomu  təqdim  olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti