news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2017

“20 Yanvar” faciəsinin 27-ci ildönümü

1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu Azərbaycanın azadlıq hərəkatını boğmaq məqsədilə Bakı üzərinə hücum etdi. Həmin gün sovet qoşunları tərəfindən mülkü əhaliyə qarşı törədilmiş və tarixdə bənzəri görünməmiş qətliam nəticəsində 147 nəfər həyatını itirmiş, 744 nəfər insan ağır yaralanmışdır. Bakıda dağıntılar törədilmiş, televiziya binası partladılmış, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulmuşdu.

Bu işğal Azərbaycanda müstəqillik uğrunda ümumxalq tələbinə qarşı zorakı bir cavab idi və istər Azərbaycanın özünə, istərsə də Sovet İttifaqının müstəqillik arzulayan digər respublikalarına aşkar xəbərdarlıq idi. Faciəvi nəticələrinə baxmayaraq, 20 Yanvar günü Azərbaycan tarixinin ən şanlı anlarından biri kimi yaddaşlarda qaldı. Sovet qoşunları nəhayət Bakını tərk etdilər və Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini elan etdi. Həmin vaxtdan etibarən, Azərbaycan, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq Azərbaycan öz müstəqilliyini qoruyub saxlamışdır.    

Bu gün Azərbaycan xalqı Qanlı Yanvar hadisəsinin qurbanlarını, ölkəsinin müstəqilliyi uğrunda canından keçmiş və adını Azərbaycanın şərəf səhifəsinə qanı ilə yazmış soydaşlarını bir daha ehtiramla yad edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti