“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 may 2025

21 may tarixində Haaqa şəhər Meriyasının binasında “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” adlı sərginin açılış mərasimi keçirilmişdir.

21 may tarixində Haaqa şəhərinin ən görkəmli məkanlarından olan Haaqa şəhər Meriyasının binasındakı “The Atrium City Hall”da “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” adlı sərginin açılış mərasimi keçirilmişdir. Səfirliyimizin "Azərxalça" ASC ilə birgə təşkil etdiyi sərginin açılış mərasiminə Haaqa şəhərinin rəhbərliyi, Niderlandın müxtəlif dövlət qurumları, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, mədəniyyət, incəsənət, elmi-akademik, işgüzar dairələrin nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılışdır. Sərgi 20 iyun tarixinədək davam etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti