19-cu Bakı Yay Enerji Məktəbi 2025-ə müraciətlər açıq elan edilir
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə təşkil olunan bu iki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini müzakirə etmək məqsədilə dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək.
Müraciətçilər aşağıdakı imkanları əldə edəcək:
✔️ Qlobal və Xəzər regionunda enerji və ətraf mühitlə bağlı çağırışları müzakirə etmək;
✔️ Azərbaycan Respublikasının nazirləri, SOCAR, BP, Masdar, GL, Kolin və digər sənaye liderləri ilə təmaslar;
✔️ Bakıdan Qazaxıstanın Aktau şəhərinə unikal səyahət təcrübəsi qazanmaq.
Proqramın Tarixləri:
📍 Bakı, Azərbaycan: 23-27 İyun & 3-4 İyul 2025
📍 Aktau, Qazaxıstan: 29 İyun – 1 İyul 2025
Son müraciət tarixi 30 mart 2025-ci ildir.