news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 dekabr 2018

12 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin və Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə  Səfirlikdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilmişdir.

12 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin və Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə  Səfirlikdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər qoyulmuşdur. Tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anmışlar.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili C.Mirzəyev çıxış etmişdir: “Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlerdir. Ulu Öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərin həyat və fəaliyyəti örnək olmaqla yanaşı, Azərbaycana rəhbərlik etdiyi illər də tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunacaqdır”. C.Mirzəyev həmçinin, Ümummilli Liderimizin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri olduğu müddətdə gördüyü quruculuq işləri barədə ətraflı məlumat vermiş, xüsusilə Heydər Əliyevin 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif ali təhsil ixtisaslarına yiyələnmək üçün SSRİ-nin ayrı ayrı şəhərlərinə göndərməsi, müxtəlif maneələrə baxmayaraq həmin dövrdə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olması, 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması və s. bu kimi  nəcib və Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış yorulmaz fəaliyyəti barədə ətraflı  danışmışdır. Müvəqqəti işlər vəkili həmçinin qeyd etmişdir ki, dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidiyik. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmış, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olunmuş, dünya azərbaycanlılarının həmrəylik günü təsis edilmiş, 20 yanvar faciəsinə siyasi qiymət verilmiş, ilk dəfə olaraq Muxtar Respublikadan sovet qoşunları çıxarılmışdır. C.Mirzəyev vurğulamışdır ki, 1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı, lakin Heydər Əliyev Ümummilli Lider olaraq xilaskarlıq missiyası ilə Azərbaycana qayıtmışdır, məhz onun sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olmuş, inkişaf edən sabit bir dövlətə çevrilmişdir. Qısa müddət ərzində ölkədə vətəndaş mühasibəsinin qarşısının alındığını, ictimai siyasi sabitliyin yarandığını, ölkənin xarici siyasətinin milli maraqlarımıza uyğun şəkildə qurulduğunu, uğurlu neft strategiyasının həyata keçirildiyini əlavə etmişdir.

Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva ölkəmizin keçən əsrin 60-cı illərinin sonlarından başlayan və XXI əsrə adlayan tarixinin 35 illik dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycanda dövlətçilik ənənələrinin bərqərar edilməsinin, müstəqilliyimizin möhkəmləndirilməsinin, onun dönməz xarakter almasının və Azərbaycanın müxtəlif sahələrdə uğurlu inkişafının məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində mümkün olduğunu bildirmiş, Ulu Öndər Heydər Əliyevin xatirəsinin daima Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını ifadə etmişdir.

Tədbirdə diaspor diaspor təşkilatları da Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüşlər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti