news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 noyabr 2017

07 noyabr 2017 -ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Niderland parlamentinin deputatı, Xarici Əlaqələr Komitəsinin üzvü, “Denk”(“Düşün”) partiyasının sədri Tunahan Kuzu ilə görüşmüşdür.

07 noyabr 2017 -ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Niderland parlamentinin deputatı, Xarici Əlaqələr Komitəsinin üzvü, “Denk”(“Düşün”) partiyasının sədri Tunahan Kuzu ilə görüşmüşdür.

Görüş zamanı C.Mirzəyev ilk öncə T.Kuzunu Niderland parlamentinə seçilməsi münasibəti ilə təbrik etmiş, ona və Niderland parlamentində təmsil olunan “Denk” partiyasına fəaliyyətində uğurlar arzu etmişdir.

C.Mirzəyev Niderland parlamentarına Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı ugurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə inkişafa nail olması, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat vermişdir.

Azərbaycan diplomatı həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi və həlli yolları ilə bağlı T.Kuzu ilə fikir mübadiləsi aparmışdır. T.Kuzu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması fikrimizi dəstəkləmişdir.

C.Mirzəyev ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlərarası münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu,qarşılıqlı səfərlərin təşkil edilməsinin bu sahədə əməkdaşlığa müstəsna töhfə verdiyini bildirmişdir. O, bu xüsusda Azərbaycan Parlamentində Azərbaycan-Niderland dostluq qrupunun fəaliyyət göstərdiyini, bu baxımdan Niderland parlamentində də eyni adlı dostluq qrupunu təsis edilməsinin vacibliyini vurguladı.

T.Kuzu öz növbəsində, Niderland və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsində mənsub olduğu partiyanın maraqlı olduğunu, Azərbaycan parlamentarlarını Niderland parlamentində salamlamaqdan məmnun duycağını dilə gətirmişdir. Bu kontekstdə, Azərbaycan parlamentində fəaliyyət göstərən Azərbaycan-Niderland dostluq qrupunun sədrini Niderland parlamentinin xarici əlaqələr komitəsində görüşlər keçirməyə dəvət etməyə hazır olduğunu qeyd etmişdir. O, yaxın günlərdə Azərbaycan Parlamentinə müvafiq dəvət məktubunu göndərəcəyini ifadə etdi.

Görüş zamanı Niderlandda təhsil alan iki azərbaycanlı tələbənin Niderland Parlamentində 3 aylıq təcrübə keçməsi ilə bağlı razılıq əldə edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti