“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Yüksəkixtisaslı Miqrant Portalı

 

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramı iştirakçılarının müraciətlərinin qəbulu və cavablandırılmasını "bir pəncərə" prinsipi əsasında təmin edən, o cümlədən Proqrama dair ətraflı məlumatları əks etdirən "Yüksəkixtisaslı Miqrant Portalı"  istifadəyə verilmişdir.

 

Proqramın əsas xidmət kanalı olan Portal daha geniş auditoriyaya xidmət göstərmək məqsədilə dörd dildə-Azərbaycan, rus, türk və ingilis dillərində fəaliyyət göstərir. Adıçəkilən Portal həmçinin yüksək ixtisaslı miqrantların razılığı əsasında onların peşəkar profillərinin paylaşılmasını təmin etməklə, işəgötürənlərin ehtiyaclarına uyğun kadrların daha operativ şəkildə tapılmasına şərait yaradır.

 

Ətraflı məlumat



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti