2024-01-18
Azərbaycan Respublikası və KSQT arasında Könüllü maliyyə töhfəsi haqqında saziş imzalandı
18 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) yanında Daimi Nümayəndəsi Səfir Rəhman Mustafayev Kimya-Texnologiya Mərkəzinin yeni proqramlarını və təlim fəaliyyətlərini dəstəkləmək məqsədilə Azərbaycan hökuməti adından Azərbaycan və KSQT arasında Könüllü maliyyə töhfəsi haqqında saziş imzaladı. Azərbaycan Kimyəvi Silahlar Konvensiyasının və KSQT məqsədlərinin səmərəli həyata keçirilməsinə nail olmaq öhdəliyinə hər zaman sadiqdir.