2023-11-10

Leyden Universiteti tələbələrinə Azərbaycanın enerji siyasəti ilə bağlı məlumat verildi

10 noyabr 2023-cü il tarixində Niderlandın Leyden Universitetinin bir sıra tələbələri Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyini ziyarət etmişlər. Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev gənclərə Azərbaycanın tarixi, xarici və daxili siyasəti haqqında məlumat vermiş, enerji siyasəti ilə əlaqədar təqdimat və fikir mübadiləsi aparmışdır. Qeyd etmək lazımdır ki, bu təqdimat Leyden Universitetinin “Enerji Siyasəti: Güc, Mənfəət və Yaşıl Keçid” kursu çərçivəsində keçirilmişdir. 

Sonda tələbələrə Azərbaycan mətbəxinin təamları təqdim edilmişdir.  

 

Arxiv üzrə axtarış