2024-02-01

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar AR Prezident Seçkilərində səsverməyə dair

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermədə iştirak edəcək vətəndaşlarımız üçün aşağıdakı məlumatları nəzərə çatdırırıq:

1. Səsvermə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində təşkil olunmuş İkinci Yasamal seçki dairəsinin 52 nömrəli seçki məntəqəsində baş tutacaqdır: 6 Andries Bickerweg, 2517JP, den Haag

2. Səsvermə yerli vaxtla 08.00-də başlayacaq və 19.00-da başa çatacaqdır. 

3. 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə günü etibarlılıq müddətinə malik Azərbaycan Respublikası ümumvətəndaş (xidməti və ya diplomatik) pasportunu təqdim etməlidir. AR pasportunun etibarlılıq müddəti bitdiyi halda Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsininin təqdim edilməsi mümkündür.  

4. Səhhəti ilə əlaqədar səsvermədə iştirak edə bilməyəcək vətəndaşlar öncədən bununla bağlı ərizə ilə Səfirliyə müraciət etməlidir.   

 

Əlavə suallar üçün consul_thehague@mission.mfa.gov.az elektron ünvanına müraciət etməyinizi tövsiyə edirik. 

 

Arxiv üzrə axtarış